AZ

Sağlamlıqda D vitamininin əvəzsiz rolu: SN aydınlıq gətirdi

İnsan orqanizimində D vitamininin əvəzolunmaz rolu var və o bir çox sağlamlıq parametrlərinin indikatorudur. Eyni zamanda, bu vitamin çatışmazlığının hamilə qadınların sağlamlığına da təsiri var.

Aznews.az xəbər verir ki, D vitamini dedikdə nə başa düşülür və onun qəbul edilmə yolları, sağlamlığa təsiri barədə və çatışmazlığının fəsadları ilə bağlı suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva aydınlıq gətirib.

Aynurə xanım, D Vitamini nədir və onun funksiyaları?

- D vitamini çox vaxt “günəş vitamini” kimi tanınır, çünki insan orqanizmi onu əsasən günəş şüalarının təsiri ilə özü sintez edir. Lakin, bu sadə vitamin anlayışından daha artıqdır. D vitamini əslində hormonabənzər bir maddədir və hüceyrə səviyyəsində minlərlə prosesin idarəsində iştirak edir. Bu vitamin yağda həll olunur, qaraciyər və böyrəklərdə aktiv formaya çevrilərək öz funksiyasını yerinə yetirir.
Orqanizmdə D vitamininin əsas funksiyası kalsium və fosforun bağırsaqlarda sorulmasını təmin etməkdir. Bu, sümüklərin möhkəmliyini qorumaq və diş strukturunun normal inkişafı üçün vacibdir. Bundan əlavə, D vitamini əzələlərin gücünü, sinir sisteminin işləməsini və immun sisteminin effektiv fəaliyyətini dəstəkləyir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı təkcə fiziki deyil, həm də psixoloji pozuntulara səbəb ola bilər – məsələn, depressiya, yuxusuzluq və konsentrasiya pozuntuları. Beləliklə, D vitamini təkcə sümük sağlamlığı üçün deyil, həm də ümumi həyat keyfiyyəti üçün vacib amildir.

- Hamiləlik dövründə D vitamini niyə bu qədər vacibdir?

- Hamiləlik zamanı qadın orqanizmi bir sıra ciddi dəyişikliklərə məruz qalır. Bu dövr, yalnız bir insanın yox, iki canlının – ana və dölün – paralel ehtiyaclarının qarşılanmalı olduğu kompleks bir bioloji mərhələdir. Bu səbəbdən bəzi vitaminlərə, xüsusilə də D vitamininə tələbat artır.
D vitamini dölün skelet sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Körpənin sümüklərinin formalaşması, diş toxumasının yaranması, sinir sisteminin və immun sisteminin sağlam inkişafı bu vitaminin iştirakı ilə baş verir. D vitamini həm də plasentanın normal fəaliyyətinə, dölə oksigen və qida maddələrinin düzgün daşınmasına kömək edir. Eyni zamanda doğuş müddətinin tənzimlənməsində və erkən doğuş riskinin azaldılmasında da mühüm rol oynayır.
Əgər hamilə qadının orqanizmində D vitamini səviyyəsi aşağı olarsa, bu həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, bu vitaminin yetərsizliyi uşaqda raxit kimi sümük deformasiya xəstəliklərinə, zəif immun sisteminə və inkişaf geriliklərinə səbəb ola bilər.

- D vitamini əskikliyinin vaxtında təyin olunmaması ana və döl üçün gizli təhlükə sayılırmı?

- D vitamininin əskikliyi bəzən səssiz şəkildə irəliləyir, lakin təsirləri olduqca ciddidir. Hamilə qadınlarda bu çatışmazlıq ilk növbədə əzələlərdə zəiflik, tez yorulma, sümük ağrıları ilə özünü göstərir. Bununla yanaşı, yuxusuzluq, əhval pozğunluğu və depressiyaya meyillilik də müşahidə oluna bilər. Bu simptomlar çox zaman hamiləliklə əlaqələndirilərək ciddi qəbul olunmur, lakin kökündə D vitamini çatışmazlığı dayanır.
Bu çatışmazlıq gestasion diabetin, preeklampsiyanın və erkən doğuş riskinin artmasına səbəb olur. Həmçinin, kalsiumun orqanizmdə düzgün paylanmaması nəticəsində ana osteoporoz riski ilə üzləşə bilər.
Döl üçün isə D vitamini çatışmazlığı, xüsusilə sümük sisteminin zəif formalaşmasına, aşağı doğum çəkisinə, zəif immunitetə, tez-tez infeksiyalara və hətta psixomotor inkişafın gecikməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı olan anaların körpələrində sonradan astma, allergik xəstəliklər və bəzi autoimmun problemlər inkişaf edə bilər.

- D vitamini çatışmazlığını necə bərpa etmək olar?

- D vitamini orqanizmə üç əsas yolla daxil olur: günəş işığı, qidalar və tibbi əlavələr vasitəsilə. Günəş şüaları vasitəsilə dəri altında sintez olunan D vitamini təbii mənbə sayılır. Dərinin açıqda qalması və gün ərzində təxminən 15-20 dəqiqə günəş altında olmaq bu prosesin baş verməsi üçün kifayət edir.
Qidalarla qəbul edilən D vitamini mənbələri arasında som balığı, sardina, yumurta sarısı, balıq yağı, süd və süd məhsulları xüsusilə seçilir. Lakin bu məhsulların gündəlik istehlakı ilə D vitamini tələbatını tam qarşılamamaq mümkündür. Buna görə də xüsusilə hamilə qadınlara həkim məsləhəti ilə D vitamini əlavələri – damcı, kapsul və ya maye formada – təyin olunur. Bu preparatlar yalnız laborator analizlərdən sonra və həkim təyinatı ilə istifadə olunmalıdır.

- Hamiləlik zamanı D vitamini nə qədər qəbul olunmalıdır və necə istifadə edilməlidir?

Seçilən
74
6
aznews.az

7Mənbələr