AZ

Cəbrayıl və Füzulidə baş verən yanğınlar söndürülüb - FHN

İki gün öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə və dünən Füzuli rayonunun Mollaməhərrəmli kəndi ərazisində yanğın müşahidə olunub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Seçilən
26
39
day.az

10Mənbələr