AZ

Cəbrayıl və Füzulidə baş vermiş yanğınlar söndürülüb

Cəbrayıl və Füzulidə açıq ərazilərdə baş vermiş yanğınlar söndürülüb.

 

Senzor.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.


 

Seçilən
58
39
senzor.az

10Mənbələr