"Qarabağ" Çempionlar Liqasının son turunda səfərdə "Liverpul"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun azarkeşləri üçün bu matçda 1250 yer ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Enfild"də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün, saat 12:00-dan etibarən satışa çıxarılıb.

"iTicket.az" saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 manatdır.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.