AZ

Qarabağ azarkeşləri üçün Enfild də ayrılan yerlərin sayı bəlli oldu

ain.az, Fanat portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda baş tutacaq "Liverpul"la matçda "Qarabağ"ın azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə məlumat Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Liverpul" (İngiltərə) - "Qarabağ" matçını "Enfild"də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün, saat 12:00-dan etibarən satışa çıxarılacaq.

"iTicket.az" saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 manatdır. "Qarabağ" azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1250 yer ayrılıb.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
4
fanat.az

6Mənbələr