AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbərverir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasənBakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağıehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğrumülayimləşəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq.Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununayüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılıolacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.Axşam qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Bəziyerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Məqalədə:
Seçilən
100
49
az.trend.az

10Mənbələr