AZ

Sabah qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 9-dan 10-na keçən gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.

Seçilən
110
34
publika.az

10Mənbələr