AZ

“Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” matçının Ağdam təmsilçisinin azarkeşləri üçün ayrılan biletləri bu gün satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüşü "Enfild"də izləmək və "Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə saat 12:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti 115 AZN təşkil edir.

Biletləri ilkin olaraq iTicket.az-dan əldə etmək mümkündür. Bildirilib ki, oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

"Qarabağ" azarkeşləri üçün "Enfild"də 1250 yerin ayrıldığı vurğulanıb.

Seçilən
66
2
publika.az

4Mənbələr