AZ

"Liverpul" - "Qarabağ" oyunu üçün 115 manat ödəyəcək 1250 azarkeş varmı?

Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” matçının Ağda təmsilçisinin azarkeşləri üçün ayrılan biletləri bu gün satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, görüşü "Enfild"də izləmək və "Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər "iticket.az" saytında onlayn şəkildə saat 12.00-dan etibarən satışdadı. Biletlərin qiyməti 115 manatdı.

Vauçerləri ilkin olaraq "iticket.az"dan əldə etmək mümkündü. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına "iticket.az"ın rəsmi e-maili vasitəsilə göndəriləcək. "Qarabağ" azarkeşləri üçün "Enfild"də 1250 yer ayrılıb.

Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-i Bakı vaxtı ilə 00.00-da başlayacaq.

Seçilən
36
2
football-plus.az

4Mənbələr