AZ

Azərbaycanın U-16 millisinin UEFA turnirində sonuncu rəqibi bəlli olub

Bakı, 9 yanvar, AZƏRTAC

Qazaxıstanda təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət milli komandasının sonuncu rəqibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Pakistan yığmasının də həmin turnirdə iştirak edəcəyi dəqiqləşib. Bu barədə Pakistan Futbol Federasiyası (PFF) məlumat yayıb. Komanda UEFA turnirində ilk dəfə çıxış edəcək.

Daha əvvəl Azərbaycan millisinin ev sahibi Qazaxıstan və Rusiya seçmələri ilə qarşılaşacağı məlum idi.

UEFA İnkişaf Turniri aprelin 24-dən 30-a kimi 4 komandanın iştirakı ilə keçiriləcək.

 

Seçilən
76
1
azertag.az

3Mənbələr