ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanda təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət milli komandasının sonuncu rəqibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Pakistan Futbol Federasiyası (PFF) məlumat yayıb.
Bildirilib ki, komandamızın rəqibi Pakistan yığması olacaq.
Qeyd edək ki, Pakistan komandası UEFA turnirində ilk dəfə çıxış edəcək.
Xatırladaq ki, UEFA İnkişaf Turniri aprelin 24-dən 30-a kimi keçiriləcək.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.