ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İranda cümə namazından sonra etirazlar alovlanıb.
Belə ki, bu gün cümə namazından sonra Zahidan şəhərində etnik bəluçlar genişmiqyaslı etiraz aksiyaları keçiriblər. Məlumata görə, Məkki məscidinin ətrafında yerləşdirilən hərbi və təhlükəsizlik qüvvələri etirazlara zorakılıq göstərib.
Təhlükəsizlik qüvvələri etirazçılara birbaşa atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Eyni zamanda, Zahidanda internet bağlantısının kəsildiyi bildirilir.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.