Bu gün cümə namazından sonra Zahidan şəhərində etnik bəluçlar genişmiqyaslı etiraz aksiyaları keçiriblər.
"Cebheinfo.az" İran mətbatına istinadən xəbər verir ki, Məkki məscidinin ətrafında yerləşdirilən hərbi və təhlükəsizlik qüvvələri etirazçılara zorakılıq göstərib.
Təhlükəsizlik qüvvələri etirazçılara birbaşa atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.
Eyni zamanda, Zahidanda internet bağlantısının kəsildiyi bildirilir.
"Cebheinfo.az"