Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Amerikalı milyarder İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən “xAI” şirkəti ABŞ-ın Missisipi ştatında təxminən 20 milyard dollar dəyərində iri məlumat mərkəzi tikməyi planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə Missisipi ştatının qubernatoru Teyt Rivz məlumat verib.
Qubernatorun sözlərinə görə, “xAI” şirkəti Southaven şəhərində inşa olunacaq böyük məlumat mərkəzinə təxminən 20 milyard dollar sərmayə yatıracaq.
Teyt Rivz bu investisiyanı “Missisipi tarixinin ən böyük sərmayəsi” adlandıraraq bildirib ki, layihə həyata keçirildikdən sonra Missisipi dünyanın ən böyük superkompüterlərindən birini idarə edən ştata çevriləcək.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.