AZ

xAI şirkəti 20 milyard dollarlıq məlumat mərkəzi quracaq

xAI şirkəti 20 milyard dollarlıq məlumat mərkəzi quracaq

ABŞ-lı milyarder İlon Maskın süni zəka şirkəti xAI ABŞ-ın Missisipi ştatında təxminən 20 milyard dollar dəyərində böyük bir məlumat mərkəzi tikməyə hazırlaşır.

Missisipi qubernatoru Teyt Rivz jurnalistlərə ştatda tikiləcək yeni məlumat mərkəzi barədə açıqlama verib. Rivz bildirib ki, Maskın xAI şirkəti Souzevn şəhərində inşa olunacaq bu mərkəzə təxminən 20 milyard dollar sərmayə qoyub.

Bu sərmayənin Missisipi tarixindəki ən böyük sərmayə olduğunu vurğulayan Rivz qeyd edib ki, ştat dünyanın ən böyük superkompüterini işlədən bir mərkəzə sahib olacaq. O əlavə edib ki, sərmayə yalnız yüzlərlə daimi iş yeri yaratmaqla kifayətlənməyəcək, həmçinin minlərlə dolayı podrat işinə və dövlət xidmətlərini dəstəkləyəcək vergi gəlirlərinə töhfə verəcək.

MACROHARDRR adlı məlumat mərkəzi, Tennessi ştatındakı Memfis şəhəri yaxınlığında, Missisipi ştatının DeSoto bölgəsi, Souzevn şəhərində tikilir. Şirkətin Memfis ətrafındakı üçüncü məlumat mərkəzi olacaq MACROHARDRR 2 gigavatlıq hesablama gücünə malik dünyanın ən böyük superkompüterini də yerləşdirəcək.

Maskın şirkətinin fevralda Souzevndə məlumat mərkəzi fəaliyyətlərinə başlaması gözlənilir.

Memphisdəki məlumat mərkəzləri ekoloji tənqidlərin hədəfindədir

Bundan əlavə, xAI-ın Memfisdəki məlumat mərkəzi layihələri ekoloji təsirləri səbəbilə tənqid olunub. Bəzi qeyri-hökumət təşkilatları şirkətin obyektlərinin bəzi bölgələrdə hava çirkliliyinə səbəb ola biləcəyindən narahatlıqlarını bildirib.

Bu çərçivədə, Souzevndə fəaliyyət göstərən “Safe and Sound Coalition” qrupu xAI-ın bölgədəki layihələrinə qarşı başlatdığı və şirkətin fəaliyyətlərinin dayandırılmasını tələb edən imza kampaniyasında 900-dən çox imza toplayıb.

Seçilən
83
3
afn.az

4Mənbələr