Suriya Prezidenti Əhməd əş-Şəraa Dəməşqdə Avropa Şurasının rəhbəri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyeni qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, görüşdə həmçinin Suriyanın xarici işlər naziri Feysəl əl-Şibani də iştirak edib.
Danışıqlar Hələb şəhərində gərginliyin artdığı bir vaxta təsadüf edib. Suriyanın Müdafiə Nazirliyi tərəfindən müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq, Suriya Demokratik Qüvvələrinin (SDF) silahlıları şəhərin nəzarət etdikləri ərazilərini tərk etməkdən imtina ediblər. Məlumata görə, onlar ölkənin şimal-şərqinə daşınmalı olan sakinlər üçün nəzərdə tutulmuş avtobuslara atəş açıblar.
Görüşdən sonra Antoniu Koşta bildirib ki, səfərin əsas məqsədi Avropa İttifaqının Suriyaya göstərməyə hazır olduğu dəyişməz dəstəyi bir daha təsdiqləməkdir. Ursula fon der Lyayen isə Avropanın Suriyanın bərpası və yenidən qurulmasına töhfə vermək üçün “əlindən gələni edəcəyini” vurğulayıb.
