AZ

“Sumqayıt” Türkiyədə darmadağın oldu 

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Saşa İliçin rəhbərlik etdiyi komanda Macarıstan təmsilçisi “Pakş”la qarşılaşı və görüşdən 1:5 hesabı ilə məğlub ayrılıb.

“Sumqayıt”ın yeganə qolunu 40-cı dəqiqədə Rüstəm Əhmədzadə vurub.

Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.

Seçilən
73
2
idmanxeber.az

10Mənbələr