AZ

"Sumqayıt" "Pakş"a böyük hesabla uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Macarıstanın “Pakş”ı ilə qarşılaşıb. Matç rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın qoluna Rüstəm Əhmədzadə imza atıb.

Xatırladaq ki, "gənclik şəhəri" təmsilçisi Türkiyədə daha iki yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.

Seçilən
90
4
football-plus.az

10Mənbələr