ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Məşğulluğu olmayan şəxslər üçün məcburi sığorta haqlarının ödənilməsi sosial bərabərsizlik riskini daha da artırır. Gəliri olmayan və ya qeyri-sabit gəlirlə yaşayan insanların bu öhdəliyi yerinə yetirməsi real həyatda mümkün olmaya bilər”. Bunu sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, belə hallar sosial müdafiə sisteminin mahiyyətinə ziddir, çünki sosial sığorta mexanizmi insanları qorumağa xidmət etməlidir, əlavə yük yaratmamalıdır:“İşsiz şəxslər arasında uzunmüddətli işsizlik, sağlamlıq problemləri və ya ailə yükü daşıyanlar xüsusilə həssas qrup sayılır. Bu kateqoriyaya vahid yanaşma tətbiq etmək sosial narazılıq yarada bilər. Dünya təcrübəsində belə hallarda ya dövlət subsidiyaları tətbiq olunur, ya da sığorta haqları minimum səviyyəyə endirilir. Əgər alternativ mexanizmlər nəzərdə tutulmazsa, məcburi ödənişlər qeyri-rəsmi məşğulluğun artmasına da səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə həm sosial sistemə, həm də dövlət büdcəsinə mənfi təsir göstərir. Ona görə də işsiz şəxslər üçün diferensial yanaşma və sosial statusa uyğun güzəştlər vacib hesab olunur”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.