“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya “ACWA Power”in Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsidir, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı geniş planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyət daşıyan layihənin də məhz bu şirkət tərəfindən icra ediləcək olması, əməkdaşlığın təkcə enerji sektoru ilə məhdudlaşmadığını, daha geniş iqtisadi və ekoloji hədəfləri əhatə etdiyini göstərir. Bu cür layihələr Azərbaycanın regionda innovativ və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Dövlət başçısının öz çıxışında xüsusi vurğuladığı məqamlardan biri də son 20 ildə Azərbaycanın enerji sisteminin əsaslı şəkildə modernləşdirilməsi və yenilənməsidir. Bu dövr ərzində generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin tamamilə yenidən qurulması nəticəsində ölkənin enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb. Generasiya güclərinin əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavata çatması tarixi rekord olmaqla yanaşı, həm də gələcəyə hesablanmış strateji planların nəticəsidir. Qarşıdakı illərdə yeni bərpaolunan enerji layihələrinin reallaşması bu göstəricinin daha da yüksələcəyini şərtləndirir. Bu isə Azərbaycana həm artan daxili tələbatı tam şəkildə ödəmək, həm də elektrik enerjisinin ixracını genişləndirməklə regional enerji mərkəzi statusunu daha da gücləndirmək imkanı yaradacaqdır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta