AZ

Azərbaycanın enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb - Kamaləddin Qafarov

Bakı. Trend:

Yanvarın 8-də Bakıda “Gülüstan” sarayında “Xızı-Abşeron” KüləkElektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerjistrategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimidəyərləndirilə bilər.

Bu fikri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov səsləndirib.

O bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, 240meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsiniverəcək.

“Qlobal miqyasda enerji təhlükəsizliyi və iqlim dəyişiklikləriilə mübarizənin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanınbərpaolunan enerji mənbələrinə əsaslanan layihələrə önəm verməsidövlət siyasətinin uzaqgörənliyini və məsuliyyətini aydın şəkildənümayiş etdirir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təkcəyeni generasiya gücü deyil, eyni zamanda ölkənin “yaşıl enerji”gündəliyinin real nəticəyə çevrilməsinin bariz nümunəsidir.”

Millət vəkilinin fikrincə, layihənin Səudiyyə Ərəbistanının“ACWA Power” kimi dünyada aparıcı enerji şirkətlərindən biritərəfindən icra olunması Azərbaycanın beynəlxalq investisiyamühitinə olan yüksək etimadın göstəricisidir:

“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya“ACWA Power”in Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerjilayihəsidir, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı genişplanları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildədəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasıkimi strateji əhəmiyyət daşıyan layihənin də məhz bu şirkəttərəfindən icra ediləcək olması, əməkdaşlığın təkcə enerji sektoruilə məhdudlaşmadığını, daha geniş iqtisadi və ekoloji hədəfləriəhatə etdiyini göstərir. Bu cür layihələr Azərbaycanın regiondainnovativ və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.Dövlət başçısının öz çıxışında xüsusi vurğuladığı məqamlardan biridə son 20 ildə Azərbaycanın enerji sisteminin əsaslı şəkildəmodernləşdirilməsi və yenilənməsidir. Bu dövr ərzində generasiyagüclərinin, yarımstansiyaların və ötürücü xətlərin tamamilə yenidənqurulması nəticəsində ölkənin enerji təhlükəsizliyi möhkəm əsaslarüzərində formalaşıb. Generasiya güclərinin əvvəlki dövrlərləmüqayisədə təxminən üç dəfə artaraq 10 min meqavata çatması tarixirekord olmaqla yanaşı, həm də gələcəyə hesablanmış stratejiplanların nəticəsidir. Qarşıdakı illərdə yeni bərpaolunan enerjilayihələrinin reallaşması bu göstəricinin daha da yüksələcəyinişərtləndirir. Bu isə Azərbaycana həm artan daxili tələbatı tamşəkildə ödəmək, həm də elektrik enerjisinin ixracınıgenişləndirməklə regional enerji mərkəzi statusunu daha dagücləndirmək imkanı yaradacaqdır”.

Seçilən
52
15
az.trend.az

10Mənbələr