AZ

Şamaxı və Göyçay heyvan satışı bazarları açıldı

Yazını böyüt
Yazını kiçilt

Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Hafta.az-a verilən məlumata görə, qurum tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Bildirilib ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Xatırladaq ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilib.

Seçilən
26
25
hafta.az

10Mənbələr