AZ

Şamaxıda və Göyçayda heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilib

Şamaxı və Göyçay rayonlarındakı heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

“Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.

Seçilən
45
25
ekologiya.az

10Mənbələr