AZ

Karateçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fevralın 6-8-də Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, bu mötəbər yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. İdmançılarımız hazırda Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak edirlər. A.Allahverdiyevin sözlərinə görə, Tbilisidə keçirilən yarış Azərbaycan idmançıları üçün hazırlıq xarakteri daşıyır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
3
cebheinfo.az

4Mənbələr