AZ

Anar Allahverdiyev: “Azərbaycan karateçiləri Kiprdə Avropa birinciliyində iştirak edəcəklər”

Fevralın 6-8-də Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçiriləcək.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev bildirib.

O qeyd edib ki, bu mötəbər yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. İdmançılarımız hazırda Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak edirlər.

A.Allahverdiyevin sözlərinə görə, Tbilisidə keçirilən yarış Azərbaycan idmançıları üçün hazırlıq xarakteri daşıyır.

İdman.Biz
Seçilən
29
3
idman.biz

4Mənbələr