AZ

Mədinə Sadıqova: Artıq finaldayam, inanıram ki, birinci yerə çıxacağam

Tbilisi, 10 yanvar, AZƏRTAC

Dünya Karate Federasiyasının Tbilisidə idman karatesi üzrə keçirdiyi beynəlxalq turnirdə iştirak etməkdən çox məmnunam. İnanıram ki, Azərbaycan bayrağını ucaldacağam.

Bu sözləri AZƏRTAC-a müsahibəsində turnirin finalına yüksəlmiş Azərbaycan milli komandasının üzvü, İslam Oyunlarının bürünc mükafatçısı Mədinə Sadıqova söyləyib. "Bu yarışa gəlməmişdən əvvəl çox gərgin məşq toplantısı keçirmişik. Məqsədim A Seriyasında yaxşı reytinq xalı toplamaq, gələcəkdə 32-likdə və daha böyük yarışlarda iştirak etməkdir. Artıq finaldayam, inanıram ki, birinci yerə çıxacağam, Azərbaycan Himnini səsləndirəcəyəm və bayrağımızı yüksəldəcəyəm", - deyə o bildirib.

Qeyd edək ki, 24 yaşlı Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində tatamiyə çıxaraq turnirdə 5 idmançını məğlub edərək finala yüksəlib

Qeyd edək ki, Tbilisidə keçirilən turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın idmançı iştirak edir. Bu mötəbər yarışda Azərbaycan 21 karateçi ilə təmsil olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
73
2
azertag.az

3Mənbələr