AZ

Azərbaycanda səkkiz nəvəsi olan cütlüyün 10 cu övladı oldu: “Bəzən adlarını unuduram“

ain.az, Moderator.az saytına istinadən bildirir.

Lənkəran rayonunun Sinovli kənd sakinləri olan 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov 26 ildir ki, ailəlidirlər.

Böyük övladlarının 25 yaşı var. Sonuncu - 10-cu övladları isə əlamətdar bir gündə, yəni yeni təqvim ilinin ilk günündə (1 yanvar) saat 00:02-də dünyaya gəlib.

Valideynlər deyirlər ki, sonuncu övlad ailəyə ikiqat sevinc yaşadıb.

"Mən öz uşaqlarımla fəxr edirəm. Allah mənə 10 övlad verib. Çox övladı olmaq pis şey deyil. Geyimləri, tərbiyələri - hamısı yaxşıdır. İmkanım olsa, yenə də uşaq istəyərəm. Səkkiz nəvəm var, bəzən adlarını unuduram", - deyə S.Mehrəliyeva söyləyib.

Qeyd edək ki, yeddi qız, üç oğlan uşağı olan ailənin beş qız övladı artıq ailə həyatı qurub.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
moderator.az

3Mənbələr