AZ

Azərbaycanda 8 nəvəsi olan cütlüyün 10-cu övladı oldu - "Bəzən adlarını unuduram"

Lənkəran rayonunun Sinovli kənd sakinləri olan 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov 26 ildir ki, ailəlidirlər.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, böyük övladlarının 25 yaşı var. Sonuncu - 10-cu övladları isə əlamətdar bir gündə, yəni yeni təqvim ilinin ilk günündə (1 yanvar) saat 00:02-də dünyaya gəlib.

Valideynlər deyirlər ki, sonuncu övlad ailəyə ikiqat sevinc yaşadıb.

Daha ətraflı videomaterialda:


"Mən öz uşaqlarımla fəxr edirəm. Allah mənə 10 övlad verib. Çox övladı olmaq pis şey deyil. Geyimləri, tərbiyələri - hamısı yaxşıdır. İmkanım olsa, yenə də uşaq istəyərəm. Səkkiz nəvəm var, bəzən adlarını unuduram", - deyə S.Mehrəliyeva söyləyib.

Qeyd edək ki, yeddi qız, üç oğlan uşağı olan ailənin beş qız övladı artıq ailə həyatı qurub.

Seçilən
41
2
manset.az

3Mənbələr