İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.
Modern.az xəbər verir ki, bu haqda “AIA Global” saytı məlumat yayıb.
“Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək”, - İsrail mənbəsi bildirib.
Xatırladaq ki, noyabrda Gideon Saar Azərbaycana mümkün səfəri ilə bağlı paylaşım etmişdi:
“Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”.