AZ

İsrailin xarici işlər naziri Azərbaycana gələcək

İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.

 

Bu barədə "AIA Global" saytı məlumat yayıb.

 

"Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsraildəki  mənbə bildirib.

 

"Bu səfər Qərb və İsrail analitiklərinin regiona artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.

Seçilən
50
12
senzor.az

10Mənbələr