ain.az, Apasport portalına istinadən məlumat yayır.
"Qəbələ" bu gün yoxlama oyununda "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəlib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq. Bu gün ilk yoxlama oyunumuzu keçirdik. Qələbə qazansaq da, çox səhvlərə yol verdik. Aydın məsələdir ki, ilk oyun idi. Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik. Hamının vaxtı azdır. Çempionatın başlamasına 2 həftə qalır. Həm fiziki, həm də oyun kondinsiyalarımızı tez bərpa etməliyik. Daha iki yoxlama oyunumuz olacaq. Yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Azər Bağırov: "Qəbələ" ilə matçda futbolçular yaxşı mübarizə apardılar"
“Qarabağ” Türkiyəyə yollanıb
"Qəbələ" "Kəpəz"i məğlub edib
“Barselona”dan Reşford qərarı
“Neftçi TV” niyə lisenziyasını ləğv etdi?: Rüstəm Əfsərli açıqladı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.