AZ

Daha yaxşı oyun nümayiş etdirməliyik

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq”."Football-plus.az" xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze “Kəpəz”lə yoxlama oyunundan (3:1) sonra klubun mətbuat xidmətinə bildirib.

“Bu gün ilk yoxlama oyunumuzu keçirdik. Qələbə qazansaq da, çox səhvlərə yol verdik. Aydın məsələdi ki, ilk oyun idi. Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik. Hamının vaxtı azdı. Çempionatın başlamasına 2 həftə qalır. Həm fiziki, həm də oyun kondinsiyalarımızı tez bərpa etməliyik. Daha iki yoxlama oyunumuz olacaq. Yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
icma.az

7Mənbələr