Modern.az saytına istinadən ain.az xəbər verir.
İranın Neyşabur şəhərində fəaliyyət göstərən bir həkim CNN-ə audiomesaj yollayıb.
Modern.az xəbər verir ki, həkim İran təhlükəsizlik qüvvələrinin dünən azı 30 nəfərə atəş açdığını bildirib.
O qeyd edib, güllənənlər arasında uşaqlar da var:
"5 yaşlı uşaq anasının qucağında ikən güllələnib". Həkim toqquşmalar nəticəsində çoxlu yaralıların olduğunu deyib: "Xəstəxanalar son dərəcə xaotikdir və xəstələr qəbul olunmaqdan və şəxsiyyətlərini müəyyənləşdirməkdən qorxurlar. Bu səbəbdən insanları məlumatlandırmağa və klinikalarda özəl müalicə etməyə çalışırıq”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.