AZ

İranda etirazlarda 5 yaşlı uşaq anasının qucağında güllələndi

İranın  Neyşabur şəhərində fəaliyyət göstərən bir həkim CNN-ə audiomesaj yollayıb.

Bizim.Media xəbər verir ki, həkim İran təhlükəsizlik qüvvələrinin dünən azı 30 nəfərə atəş açdığını bildirib.

O qeyd edib ki, güllənənlər arasında uşaqlar da var: "5 yaşlı uşaq anasının qucağında ikən güllələnib". 

Həkim toqquşmalar nəticəsində çoxlu yaralıların olduğunu deyib: "Xəstəxanalar son dərəcə xaotikdir və xəstələr qəbul olunmaqdan və şəxsiyyətlərini müəyyənləşdirməkdən qorxurlar. Bu səbəbdən insanları məlumatlandırmağa və klinikalarda özəl müalicə etməyə çalışırıq”.

Bizim.Media 

Seçilən
21
4
bizim.media

10Mənbələr