AZ

“Qarabağ” Antalyaya getdi –FOTO

“Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

 

Senzor.az bildirir ki, komanda bir qədər əvvəl Antalyaya yola düşüb.

 

Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək. 

 

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.













Seçilən
74
22
senzor.az

10Mənbələr