AZ

Xəbərdarlıq edilmədi, borc yazıldı: Bələdiyyə ilə sakinlər arasında qalmaqal

Bir qrup sakin bələdiyyə tərəfindən əvvəlcədən heç bir rəsmi bildiriş almadan adlarına borc yazıldığını iddia edirlər.

 

Sakinlər iddia edirlər ki, sonradan təqdim olunan sənədlərdə borca faiz də əlavə edildiyi məlum olub.

 

Onların sözlərinə görə, sözügedən borcun yaranması ilə bağlı onlara nə yazılı xəbərdarlıq edilib, nə də hər hansı izahat verilib. Nəticədə uzun müddət xəbərsiz qaldıqları borc məbləği faizlər hesabına daha da artıb.

 

Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaşlar bu yanaşmanı qanunsuz və ədalətsiz hesab etdiklərini deyiblər. Onlar borcun hansı əsasla hesablandığını və faiz tətbiqinin nəyə görə aparıldığını başa düşmədiklərini vurğulayıblar.

 

Qeyd olunur ki, sakinlər problemin həlli üçün aidiyyəti qurumlardan aydın izahat və hüquqi qiymət gözləyirlər. Mövzu ictimai müzakirələrə səbəb olub və bələdiyyələrin maliyyə şəffaflığı məsələsini yenidən gündəmə gətirib.

 

Məsələ ilə bağlı İctimai TV süjet hazırlayıb.

 

Tarix: 11 Yanvar 2026, 10:22   
Seçilən
27
11
pravda.az

10Mənbələr