AZ

Hövsanda xəbərdarlıq edilmədənə sakinlərə kütləvi şəkildə borc yazılır

Bir qrup sakin bələdiyyə tərəfindən əvvəlcədən heç bir rəsmi bildiriş almadan adlarına borc yazıldığını iddia edirlər.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı İctimai TV süjet hazırlayıb.

Süjetdə sakinlər iddia edirlər ki, sonradan təqdim olunan sənədlərdə borca faiz də əlavə edildiyi məlum olub.

Onların sözlərinə görə, sözügedən borcun yaranması ilə bağlı onlara nə yazılı xəbərdarlıq edilib, nə də hər hansı izahat verilib. Nəticədə uzun müddət xəbərsiz qaldıqları borc məbləği faizlər hesabına daha da artıb.

Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaşlar bu yanaşmanı qanunsuz və ədalətsiz hesab etdiklərini deyiblər. Onlar borcun hansı əsasla hesablandığını və faiz tətbiqinin nəyə görə aparıldığını başa düşmədiklərini vurğulayıblar.

Seçilən
49
11
publika.az

10Mənbələr