AZ

Maduro həbsxanadan müraciət etdi Arvadımla birlikdə...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro ABŞ həbsxanasındakı vəziyyətinin yaxşı olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə keçmiş liderin oğlu məlumat yayıb.

Parlamentin üzvü Nikolas Maduro Qerra atasının Siliya Floreslə (həyat yoldaşı) birlikdə məhkəməni gözlədiyini bildirib.

“Hər şey yaxşıdır, biz döyüşçüyük”, – deyə Nikolas oğluna çatdırıb.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
2
globalinfo.az

3Mənbələr