AZ

Maduro həbsxanadan mesaj verdi: Biz döyüşçüyük...

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro ABŞ həbsxanasındakı vəziyyətinin yaxşı olduğunu deyib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə keçmiş liderin oğlu məlumat yayıb.

Parlamentin üzvü Nikolas Maduro Qerra atasının Silia Floreslə (həyat yoldaşı) birlikdə məhkəməni gözlədiyini bildirib.

“Hər şey yaxşıdır, biz döyüşçüyük”, – Nikolas oğluna çatdırıb.

Qeyd edək ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Silia Floreslə birlikdə ələ keçirilərək Nyu Yorka aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
2
axar.az

3Mənbələr