Tramp ABŞ dövlət katibi Marko Rubionun Kuba prezidenti təyin edilməsi ideyasını “möhtəşəm” adlandırıb.
Paralel.az xəbər verir ki bu barədə o, sosial şəbəkədə yazıb.
Ağ Evin sahibi bəyan edib ki, Kuba artıq Venesueladan neft və maliyyə vəsaiti almayacaq.
Onun sözlərinə görə, Kuba illərdir Venesueladan daxil olan böyük həcmdə neft və pullar hesabına yaşayırdı. Bunun əvəzində isə Havana Venesuelanın son iki diktatoruna “təhlükəsizlik xidmətləri” göstərirdi.
“Amma indi bu artıq olmayacaq”, – deyə Tramp vurğulayıb.