AZ

Tramp Venesueladan neft və pul almayacaqDeyib

ABŞ Prezidenti Donald Tramp Kubanı "diktatura rejimlərini" dəstəkləməkdə günahlandırıb və Venesueladan neft tədarükünün qarşısını almaqla hədələyib.

Xezerxeber.az-ın məlumatına görə, o, bunu "TruthSocial"da yazıb.

Onun sözlərinə görə, uzun illər Kuba Venesueladan gələn külli miqdarda neft və pul hesabına yaşayıb: "Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərib, amma indi artıq belə deyil!".

O xatırladıb ki, ötən həftə ABŞ-nin Venesuelaya hücumu zamanı həlak olanların əksəriyyəti kubalılar olub: "Venesuelanı indi dünyanın ən güclü hərbi qüvvəsi olan ABŞ-nin müdafiə etməsi lazımdır və biz də onları müdafiə edəcəyik. Kubaya artıq neft və ya pul daxil olmayacaq - Sıfır! Çox gec olmadan razılaşma əldə etmələrini tövsiyə edirəm".

 

 

Seçilən
66
6
xezerxeber.az

10Mənbələr