AZ

Britaniyanın Tehrandakı səfiri İran XİN ə çağırılıb

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" bu barədə "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, buna səbəb Londonda keçirilən etiraz aksiyaları zamanı İran səfirliyinin binası üzərində dalğalanan bayrağın dəyişdirilməsi, həmçinin Britaniya XİN-in İrandakı hadisələrlə bağlı yaydığı bəyanat olub. Bildirilib ki, hadisələrlə bağlı İslam Respublikasının etirazları səfirə çatdırılıb.

Xatırladaq ki, yanvarın 10-da İrandakı aksiyalara dəstək məqsədilə Londonda keçirilən nümayişdə səfirlik üzərindəki İran bayrağı etirazçılar tərəfindən inqilabdan əvvəlki bayraqla dəyişdirilib. Daha sonra bu aktı həyata keçirənlərdən ikisi saxlanılıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
6
cebheinfo.az

8Mənbələr