Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, buna səbəb Londonda keçirilən etiraz aksiyaları zamanı İran səfirliyinin binası üzərində dalğalanan bayrağın dəyişdirilməsi, həmçinin Britaniya XİN-in İrandakı hadisələrlə bağlı yaydığı bəyanat olub. Bildirilib ki, hadisələrlə bağlı İslam Respublikasının etirazları səfirə çatdırılıb.