GƏNCƏ, 12 yanvar. TELEQRAF
Gəncədə dərs vaxtı tələbə ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnalogiyalarüzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb.
Belə ki, təhsil müəssisəsinin birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramov sabah saatlarında dərsə gəlib. Anidən onun səhəti pisləşib. Hadisə yerinə təcili yardım maşını çağrılıb xəstəxanaya aparılan tələbninöldüyü məlum olub. İlkin məlumata görə, tələbə ürək tutmasından vəfat edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.