AZ

Qızıl külçələrin ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Herbiand.az -a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.

Seçilən
56
26
herbiand.az

10Mənbələr