AZ

Dubaydan Bakıya qanunsuz qızıl külçələr gətirmək istədilər FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
26
bizim.media

10Mənbələr