Rusiya diktatoru şəxsən deyil, müntəzəm olaraq ictimaiyyət qarşısında görünür - və hər şey sui-qəsd riskinin səviyyəsindən asılıdır. Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibə şəraitində sui-qəsd təhlükəsini minimuma endirmək üçün ictimai tədbirlər zamanı müntəzəm olaraq özünün oxşarından istifadə edir.
Hafta.az xəbər verir ki, bu barədə Britaniyanın kəşfiyyat xidməti Mİ6-nın keçmiş rəhbəri Riçard Dirlav bildirib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının Putinin “oxşarlarının mövcud olması ilə bağlı məlumatları etibarlıdır və ictimaiyyət qarşısına konkret olaraq kimin çıxacağına dair qərar təhlükəsizlik riskləri nəzərə alınmaqla qəbul edilir:
"Bu, uzun müddətdir ciddi təhlükəsizlik protokolunun bir hissəsidir. Qərb analitikləri oxşarların aktiv istifadəsini Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı təcavüzü ilə əlaqələndirirlər. Ukrayna xüsusi xidmət orqanları Rusiyanın arxa cəbhəsindəki hədəflərə zərbə endirmək qabiliyyətini dəfələrlə nümayiş etdirib və bu, Putinin ətrafının narahatlığını xeyli artırıb. Onun harada və nə vaxt olduğu dəqiq bilinsəydi, Ukrayna pilotsuz təyyarələri üçün prioritet hədəf olardı". Diplomatik danışıqlar və qapalı şəxsi görüşlər zamanı oxşarlardan istifadə edilmir. Yaxın məsafədə Putini təqlid etmək çox çətindir".
Yaponiyanın TBS televiziya şəbəkəsinin araşdırması da Putinin oxşarlardan istifadəsini təsdiqləyib. Televiziya ekspertlər müxtəlif ictimai çıxışlar zamanı Putinin üz ifadələrini və bədən hərəkətlərini təhlil etmək üçün süni intellektdən istifadə ediblər.
Araşdırmanın nəticələrinə görə, ötən il mayın 9-da Moskvada keçirilən paradda prezidentin özü iştirak edib. Amma bir il əvvəl Krım körpüsünün təftişi zamanı, ehtimal ki, onun oxşarından istidadə olunub. Təhlillər zamanı Putinlə onu əvəz edən naməlum şəxs arasındakı oxşarlıq səviyyəsi 50%-dən bir qədər çox olduğu müəyyənləşib. /“The Sun”/