AZ

Ötən il Azərbaycanda 28 milyon tonadək neft hasil edilib  

Ötən il respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,4 milyon ton və ya 4,81 faiz azdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 1,3 milyon ton və ya 5,33 faiz azdır. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, 2025-ci il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barel), kondensat hasilatı 13,5 min ton (111 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barel) olub.

Ötən il ərzində neftin emalı 7 faiz artaraq 6,2 milyon ton təşkil edib.

Seçilən
49
15
azerbaijan-news.az

10Mənbələr