Bakı. Trend:
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi AzərbaycanSilahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm dəhumanizmini nümayiş etdirdi.
Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu özqəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyətiilə bütün dünyanı heyrətdə qoydu:
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyialtında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsindədünyanın ən güclü ordularında belə heyrət doğuran misilsizqəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərininyalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış,müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmişmüdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycanəsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı,müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər dəhumanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir.Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır.Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsunmülki ermənini hədəf almadı.
Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısıyerli telekanallara müsahibəsində Azərbaycan Silahlı QüvvələrininVətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali BaşKomandan,Prezident İlham Əliyev bildirdi ki, istər 2020-ci, istərsədə 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamınvəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki,Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi,müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi.
Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali BaşKomandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhəxidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki,dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm dəhumanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələrçıxarmalıdır”.