AZ

Qanlı partizan müharibəsi QAPIDA

Kanada ordusu ABŞ-ın mümkün hərbi müdaxiləsi halında partizan müharibəsi aparmağa hazırlaşır.

Publika.az xəbər berir ki, bu barədə mənbələrə istinadls "Globe and Mail" qəzeti məlumat yayıb.

Kanadalı hərbçilər hesab edirlər ki, ABŞ ordusu hücuma cənubdan başlasa, quru və dənizdəki strateji mövqeləri bir həftə ərzində, hətta iki günə ələ keçirə bilər.

Kanada Silahlı Qüvvələrinin komandanlığı etiraf edir ki, ABŞ müdaxiləsinin qarşısını almaq üçün kifayət qədər canlı qüvvə və silah-sursata malik deyil. Bu səbəbdən hərbçilər Əfqanıstanda mücahidlərin istifadə etdiyi taktikalara bənzər üsyançı mübarizə üsullarına əl atmalı olacaqlar. Xüsusilə pilotsuz uçuş aparatlarından istifadə etməklə diversiyalar və pusquların təşkili planlaşdırılır.

Seçilən
10
24
publika.az

10Mənbələr